Rusiya kinosu Olimpiya oyunlarını lentə almağa hazırlaşır

Rusiya kinosu Olimpiya oyunlarını lentə almağa hazırlaşır

Rusiyalı rejissor Nikita Mixalkov 1972-ci ildə Münhendə keçirilən Olimpiya oyunlarına həsr olunan ekran əsəri lentə almağa hazırlaşır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy məlumat verir. Onun sözlərinə görə, film nazirliyin sifarişi və maliyyə dəstəyi ilə lentə alınacaq.

Qeyd edək ki, 1972-ci ildə keçirilən Olimpiya oyunları Rusiya tarixində əlamətdar hadisələrdən biridir. Yarışmalarda rusiyalı basketbolçuların amerikalı komanda üzərində möhtəşəm qələbə qazanması Olimpiya tarixində unudulmaz oyunlardan hesab olunur. Belə ki, oyunun bitməsinə üç saniyə qalmış İvan Yedeşkonun Aleksandr Belova ötürmə etməsi ilə qazanılan qələbə nəticəsində, Amerika komandası gümüş medalı qəbul etməyərək, yarışmanı medalsız bitirmişdilər. Filmin lentə alınmasında məqsəd də həmin tarixi günü əbədiləşdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə