ATMU-nun rektoru beynəlxalq tədbirdə iştirak edib

İspaniya Krallığının Girona Universitetinin təşəbbüsü ilə Girona şəhərində Avropa Komissiyasının "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr və magistr hazırlığı" Tempus layihəsi çərçivəsində tədbir təşkil olunub. Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Universitetin rektoru professor Cəfər Cəfərov tədbirdəki çıxışı zamanı ATMU-da tədrisin təşkili, xarici əlaqələrin qurulması və səmərəli mübadilə proqramları, qazanılan təcrübə prosesində qarşıya çıxan problemlərdən danışıb.

Tempus layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrinin – Portuqaliya, İspaniya, Rumıniya, Bolqarıstan və digər ölkələrin ali təhsil müəssisələri əməkdaş universitet statusunda fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar.

Tədbirdə həmçinin, ikili diplom proqramı sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə predmeti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə