İndoneziyanın paytaxtı Cakarta şəhərində XIV Dil və Mədəniyyət Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 6-dan 12-nə kimi davam edən festivalda dünyanın 22 ölkəsi iştirak edib. Bu ölkələr sırasında ABŞ, Ukrayna, Qazaxıstan, Serbiya, Hindistan, o cümlədən, Azərbaycan da yer alıb.
Ölkəmizi festivalda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Sədəf" xalq çalğı alətləri ansamblının solisti Ağayev Kənan təmsil edib. Türk mahnılarından ibarət "Kara Deniz" adlı popuri ifa edən Kənanın çıxışı çox böyük marağa səbəb olub.
Qeyd edək ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblı filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB