"Qarabağ faciəsi" kitabının təqdimatı keçirildi

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq münasibətlər kafedrasının professoru, Əməkdar Müəllim Əsgər Abdullayevin "Qarabağ faciəsi" kitabının təqdimatı olub. ADİU-dan SİA-ya verilən məlumata görə, universitetin prorektoru Şaiq Əsgərov gənclərin vətənpərvər ruhda böyümələri üçün tariximizi, milli dəyərlərimizi bilmələrinin əhəmiyyətini vurğulayıb. Kitabın 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününə böyük töhfə olduğu qeyd edilib.

AMEA-nın müxbir üzvü Vəli Əliyev bildirib ki, ermənilər Dağlıq Qarabağda mədəni irsimizi məhv ediblər. Hazırda İrəvanda ermənilərin dünyaya təbliğ etdikləri tarixi maddi mənbələr türklərə məxsusdur.

Digər çıxış edənlər də ermənilərin törətdikləri vəhşiliklərdən danışıb, gənclərə tariximizin, milli dəyərlərimizin aşılanması baxımından belə tədqiqat əsərlərinin əhəmiyyətini diqqətə çatdırıblar.

Professor Ə.Abdullayev gəncləri vətəni, torpağı sevməyə səsləyib. "Qarabağ faciəsi"nin davamı olaraq "Qarabağ zəfəri" kitabının təqdimatının Şuşada qeyd edilməsini arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə