Elmi-Metodiki Mərkəz rayonlarda təlimlər keçib FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin metodistləri Rauf İmanov və Zəbulla Quliyev tərəfindən, uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə, Ağsu rayon uşaq musiqi məktəbində təlim xarakterli tədbirlər həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, təim çərçivəsində uşaq musiqi məktəbində tədris prosesi, sənədlərlə işin təşkili, tədrisin səviyyəsi, müəllim, şagirdlərin dərsə davamiyyəti, pedaqoqların dərsə yanaşma tərzi və dərs keçmə metodları ilə yaxından tanış olmaq məqsədilə, dərslərin gedişi prosesində iştirak edilib və digər məsələlər haqqında kollegiya qərarında göstərilmiş nöqsan və iradların aradan qaldırılması istiqamətində məktəbə əməli və metodiki kömək göstərilib.

Habelə ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, məktəbin, sinif otaqlarının tərtibatı, şagirdlərin bilik səviyyələri ilə tanış olaraq, bu istiqamətdə zəruri tövsiyələr verilib.

Metodistlər məktəbdə müxtəlif ixtisaslar üzrə təqdim olunmuş yeni tədris proqramlarındakı innovativ metodoloji üsullar haqqında izahatlar verib, həmçinin, müxtəlif metodiki vəsaitlər təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...