Türkiyənin Kannda yarışacaq filmi məlum oldu

69-cu Kann Film Festivalında Türkiyəni təmsil edəcək film açıqlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ssenari müəllifi və rejissoru Can Mertoğlu olan "Albom" komediya janrlı film festivalın 12-20 may tarixlərində baş tutacaq "Tənqidçilərin həftəsi" hissəsində yarışacaq. Ekran əsərinin çəkilişləri Antalya və Kayseridə gerçəkləşib. Filmdə baş rolları Şəbnəm Bozoklu və Murat Kılıç canlandırıb.

Qeyd edək ki, gənc rejissorların ilk və ya ikinci filmlərinin nümayiş olunduğu "Tənqidçilərin həftəsi"ndə Türkiyə ilə paralel olaraq, Fransa, Sinqapur, Kamboca, İsrail, İspaniya və digər ölkələrin rejissorları da yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə