İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən Beynəlxalq Fransız dili və Frankofoniya həftəsi ərzində keçirilən tədbirlər çərçivəsində İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Master Klassda İsveçrədən olan aşpaz Pascal Aubert, Fransadan olan aşpaz Thibault Bera və azərbaycanlı aşpaz Orxan Muxtarov praktiki bişirmə texnikalarını nümayiş etdirəcəklər. Onların hər biri yalnız yerli məhsullardan istifadə etməklə, xüsusi milli reseptlər və hazırlanma qaydasını təqdim edəcəklər.
Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiyasiyasının tələbələri və seçilmiş aşpazlar iştirak edəcəklər.
Qeyd edək ki, tədbir Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində İsveçrə səfirliyi tərəfindən təşkil olunub. Master Klassın məqsədi Kulinariya Akademiyasının seçilmiş tələbələrində və qabaqcıl mehmanxana və restoranların aşpazlarına yerli məshullardan istifadə etməklə, Azərbaycan, İsveçrə və Fransanın müxtəlif yeməklərinin hazırlanma qaydalarını təqdim etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB