ATMU-nun tələbələri İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Turizm və Menecment Universitetinin 3-cü kurs tələbələrindən 30 nəfəri İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav tərəfindən qəbul edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, diplomat Azərbaycan Turizm və Menecment Universiteti ilə "İsrOtel" mehmanxanalar şəbəkəsi arasındakı əməkdaşlıq çərçivəsində gerçəkləşən proqramın 9-cu fəaliyyət ilinin də səmərəli olacağına əminliyini bildirib. O, görüş iştirakçılarına növbəti təcrübə semestrində uğurlar arzulayıb.

Qeyd edək ki, ATMU tələbələri 5 ay ərzində İsrailin Eilat şəhərindəki "İsrOtellər" şəbəkəsinin nüfuzlu otellərində peşəkarlıq vərdişlərinə yiyələnəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə