Ölkəmiz London Kitab Sərgisində iştirak edəcək

12-14 apreldə London şəhərində 60-dan çox ölkənin və 1000-dən çox təşkilatın iştirakı ilə növbəti beynəlxalq kitab sərgisi keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, sərgidə ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Dünyanın mühüm paytaxtlarından biri olan London şəhərində keçirilən kitab sərgisində iştirak etməkdə əsas məqsəd zəngin milli mədəniyyətimizin, ölkəmizin turizm imkanlarının, Qarabağla bağlı həqiqətlərin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, təcrübə mübadiləsi və əməkdaşlığın yaradılmasıdır.

Qeyd edək ki, ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən mütəmadi olaraq, London Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...