“AİTF” sərgisinin rəsmi “Daily News” qəzeti nəşr olunub

"AİTF" sərgisinin rəsmi "Daily News" qəzeti nəşr olunub. Qəzet "AİTF 2015" sərgisinin xəbərlərinə həsr olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Daily News" qəzetində bu sənayenin əsas fiqurları ilə müsahibələr, sənaye xəbərləri, region miqyasında iri şirkətlər, eksponentlər barədə məlumat və xəbərlər dərc olunur. A4 formatlı rəngli qəzet bütöv sərgi ərzində ziyarətçilər və iştirakçılar arasında yayılır. Bundan başqa, sərginin keçirildiyi müddətdə qəzet nazirliklər, səfirliklər, iri mehmanxana və biznes mərkəzlərinə çatdırılır.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də qəzetdə nazir Əbülfəs Qarayevin geniş müsahibəsi dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...