Ənvər Əlibəylinin 100 illik yubileyi qeyd olunacaq

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) tanınmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. MKS-dən SİA-ya verilən xəbərə görə, aprelin 12-də keçirilən tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedən və orada dörd il vuruşduqdan sonra çiynindən ağır yaralanan Ənvər Əlibəylinin sinəsini Bakıya dönərkən "Qırmızı Ulduz", ikinci dərəcəli "Vətən Müharibəsi" ordenləri bəzəyib. Şair qələbə xəbərini Mərdəkandakı hospitalda müalicə olunarkən alıb.

Hələ sağlığında onun "Qaranquş", "Sənin adınla", "İlk məhəbbət", "Elə xoşbəxtəm ki..." və digər 8 kitabı çap olunub. O, "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında" və digər filmlərdə səslənən mahnı mətnlərinin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...