Aprelin 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan mədəniyyət sarayında Gürcüstanın "Lasha Giorgi"i, "Freska" ansamblı növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Turizm idarəsindən SİA-ya verilən xəbərə görə, konsertdə mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən "Buta" və "Lalələr" rəqs kollektivlərinin ifasında da milli rəqslərimiz təqdim olunacaq.
Qeyd edək ki, Gürcüstan-Azərbaycan dostluğunun daha bir nümayişi olan belə musiqi proqramlarının keçirilməsi artıq ənənə halını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB