Artur Millerin “7 pyes” kitabı işıq üzü görüb

Artur Millerin “7 pyes” kitabı işıq üzü görüb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Artur Millerin "7 pyes" kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya verilən xəbərə görə, müasir dövrün Şekspiri hesab olunan dramaturqun yeni toplusuna müəllifin ayrı-ayrı illərdə qələmə aldığı və yaradıcılığının müxtəlif istiqamətlərini ehtiva edən yeddi məşhur pyesi daxildir.

Qeyd edək ki, pyesləri dilimizə yazıçı, tərcüməçi Yaşar Əliyev tərcümə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə