Azərbaycanın zəngin flora və faunaya malik tarixi məkanlarından olan Şamaxı bölgəsinə gələn turistlərin sayı son illər daha da artır.
Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, təkcə Novruz bayramı günlərində Şamaxıya gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Bu il martın 19-dan 25-dək bölgəyə 2900 turist gəlib ki, onlardan 1100-ü xarici turistlərdir.
Xarici turistlər əsasən Rusiyadan, Türkiyədən, İrandan, Orta Asiya və Avropa ölkələrindən gəlirlər. Qonaqlar daha çox Çuxuryurd, Avaxıl, Pirqulu, Şərədil zonalarında, Cümə məscidində, 7 Kümbəz, Şahxəndan kümbəzində olur, Gülüstan qalası ilə maraqlanırlar.
Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzinə, habelə Cümə məscidinə gələnlərin də sayı az deyil. Bu yerlərə turistlərin marağı nəzərə alınaraq martın 21-i istisna olmaqla qalan bütün vaxtlar gündəlik iş rejimi şəraitindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB