"Şahdağ" Turizm Mərkəzində Novruz əyləncələri təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, hər il Novruz ərəfəsində turizm mərkəzini ziyarət edənlərin sayı artır. Bu il də bayramı "Şahdağ" Turizm Mərkəzində qarşılamaq istəyənlər buraya xeyli maraq göstərirlər. Bunu nəzərə alaraq, Novruz bayramı münasibətilə elan olunan xüsusi təkliflər mart ayının sonunadək uzadılıb. Beləliklə, baharın ilk günlərini daha yaddaqalan və maraqlı etmək istəyənlər üçün Şahdağın yamacları və yolları hər zaman açıqdır.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində qış turizm mövsümü ənənəvi olaraq, dekabr ayından aprel ayınadək davam edir. Mövsüm başlayandan bu günədək turizm mərkəzini ziyarət edənlərin sayı isə 60 mindən çox olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB