Nigeriyanın Laqos şəhərində Fransız Qadınları Assosiasıyasının və Beynəlxalq Qadınlar Təşkilatının iştirakı ilə ilaxır çərşənbə qeyd edilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova qonaqlara Novruz bayramı haqqında, adət-ənənələrimizlə bağlı geniş məlumat verib.
Fransız Qadınları Assosiasiyasının rəhbəri Fransuaz Follin tədbiri təşkilinə görə, Billurə Bayramovaya minnətdarlığını bildirib və dünyada yaşayan bütün Azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, tədbirdə bayram süfrəsi açılıb, milli yeməklərimiz və şirniyyatlarımız qonaqlara təqdim edilib, xonçalar düzülüb.
Sonda qonaqlara milli musiqimiz və rəqslərimiz təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB