Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan mədəniyyət və idman nazirinin müavini Fərhad Corayev tərəfindən imzalanmış fəxri fərmanla təltif olunub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, fəxri fərman Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Özbəkistan-Azərbaycan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı zamanı konservatoriyanın rektoru, professor Bəxtiyar Yaqubov tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoruna təqdim edilib.
Qeyd edək ki, Özbəkistanda fəaliyyət göstərən xarici ölkə mədəniyyət mərkəzləri arasında birinci hadisədir ki, ilk dəfə olaraq azərbaycanlı diplomatın fəaliyyəti yüksək qiymətləndirilərək bu ölkənin Nazirliyi tərəfindən təltif olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB