Xəbər verdiyimiz kimi "Azərbaycan musiqi irsinin dünyada təbliği" birgə layihəsinin təqdimat mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda Maestro Niyazinin abidəsi ucaldılacağını deyib. Abidənin ilin sonuna qədər ucaldılacağını deyən nazirlik rəsmisi bildirib ki, Maestro Niyazinin abidəsini görkəmli memar Ömər Eldarov hazırlayıb. Ə.Vəliyev görkəmli müğənni Rəşid Behbudovun heykəlinin də 2016-cı ilin sonunadək ucaldılacağını və həmin vaxt onun yubileyinin keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, Rəşid Behbudovun heykəlinin memarı Fuad Salayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB