Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan "İçərişəhər" bədii filminin təqdimatı keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, təqdimat mərasimindən öncə filmin yaradıcı heyəti səhnəyə çıxıb. Rejissor İlqar Safat kinolent haqqında məlumat verib. Bildirib ki, gənc qızın yaşca ondan böyük olan kişiyə məhəbbətindən bəhs edən film romantik ovqatlı və zərif çalarlı ekran əsəridir.
Xalq artisti Elmira Şabanova çoxdandır ki, kinodan və səhnədən uzaqda olmasına baxmayaraq, bu filmdə məmnuniyyətlə rol almağa razılıq verdiyini bildirib. Filmin maraqlı ssenarisi olduğunu qeyd edərək, izləyicilər tərəfindən seviləcəyinə əminliyini ifadə edib.
Yaradıcı heyətin digər üzvləri çıxış edərək fikirlərini bölüşüblər.
Filmin ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində Elmira Şabanova, Təhminə Rafaella, Hacımurad Yegizarov, Firdovsi Atakişiyev, Mehriban Zəki, Murad Məmmədov və başqaları çəkiliblər.
Qeyd edək ki, psixoloji dram janrında olan film orta məktəb şagirdi olan Arzu ilə piano müəlliməsi Nərgiz xanımın Qarabağ müharibəsi veteranı olan oğlu Rafael arasında sevgi münasibətlərindən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB