"Xocalım - qan yaddaşım" FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Binəqədi Mərkəzi Mədəniyyət evində "Xocalım-qan yaddaşım" adlı tədbir keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbir foyedə təşkil olunmuş Xocalı soyqırımını əks etdirən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərginin nümayişi ilə başlanıb.

Sonra "Xocalım-qan yaddaşım" adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada qanlı hadisəni xatırladan poeziya nümunələrindən, qələbəyə səsləyən şeyirlər səslənib. Poeziya və dram dərnəyi üzvlərinin ifasında təqdim olunan teatrlaşdırılmış təsirli səhnələr tamaşaçıları o illərə qaytarıb.

Qeyd edək ki, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Hacıbaba Babayev, YAP Binəqədi Qadınlar Şurasının sədri Aytac Əliyeva, YAP ərazi ilk partiya təşkilatının sədri Ağabala Musayev, qəsəbə bələdiyyəsi və icra nümayəndəliyinin əməkdaşları, "N" saylı hərbi hissənin əsgər və zabit heyəti ilə yanaşı qəsəbə sakinləri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə