Xocalı soyqırımına həsr olunmuş sərginin açılışı olub FOTOLAR

Xocalı soyqırımına həsr olunmuş sərginin açılışı olub FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət məktəbində Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş sərginin açılışı olub. SİA-nın verdiyi xəbərə görə, sərgidə məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin rəsmləri və heykəltəraşlıq sinfinin əl işləri nümayiş olunub.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Respublika Mədəniyyət müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə doktoru Şabanov Ramazan və Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru, əməkdar müəllim Abbasov Vaqif cıxışlarında sərginin təşkilində iştirakı olan məktəbin müəllim və şagirdlərinə təşəkkürlərini bildirib, gələcək işlərində uğur arzulayıblar.

Sərgidə məktəbin müəllim və şagird kollektivi, həmçinin, şagirdlərin valideynləri iştirak edib.

Qeyd edək ki, sərgi 27 fevral tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə