Nazir Berlin Tarixi Muzeyinin nümayəndələrini qəbul edib FOTOLAR
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyinin direktoru Mattias Vemhoffun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir Əbülfəs Qarayev ümumilikdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud səviyyəsindən razılığını ifadə edərək, gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd ediləcəyini bildirən nazir Əbülfəs Qarayev bu hadisənin iki xalq arasında olan münasibətlərin qədimiliyinin göstəricisi olduğunu bildirib.
Görüşdə iki xalqın mədəniyyətində müəyyən əlaqələrin müxtəlif sahələrdə əks olunduğu vurğulanmış və əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.
Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyi ilə Azərbaycan mütəxəssisləri ilə birlikdə Xocalı Gədəbəy arxeoloji mədəniyyətinin tədqiqi mövzusuna toxunan Əbülfəs Qarayev ölkəmizin işğal altında olan ərazilərində məhv edilən abidələr barədə qonaqlara məlumat vermiş, nümayəndə heyətinin səfərinin məhz Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyini qeyd edib. Xocalı Gədəbəy arxeoloji mədəniyyəti coğrafiyasının bir hissəsinin Ermənistan tərəfindən işğal edilmiş əraziləri əhatə etdiyindən tədqiqat işlərinin aparılmasına müəyyən çətinliyin olacağı bildirilib.
Mattias Vemhoff Azərbaycanda ilk dəfə olduğunu vurğulayaraq bu ölkədən və xalqın qonaqpərvərliyindən məmnunluğunu ifadə edərək səmimi qəbula görə Nazir Əbülfəs Qarayevə özü və rəhbərlik etdiyi Muzey adından dərin təşəkkür edib.
Qeyd edək ki, görüşün sonunda gələcəkdə Azərbaycan İncəsənət İnstitutu ilə Almaniyanın Berlin Milli Muzeyi arasında Niyyət Protokolunun imzalanması barədə razılıq əldə olunub.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB