Səyahət, turizm və qonaqpərvərlik sənayesinin "Davos Forumu" sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı 5-6 martda Bakıda keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, qeyd olunan toplantıda bir sıra ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlərin iştirakı nəzərdə tutulur. Bu ilki toplantının mövzusu "İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət faktorları"dır.
Toplantı zamanı "növbəti on il ərzində turizm sahəsinə təsir edəcək global tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, ölkəmiz 2015-ci ildə İsveçrədə keçirilmiş Lüsern Dünya Turizm Forumunda "Qonaq ölkə" (Guest country) qismində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB