“Zamanla üz-üzə” Beynəlxalq Musiqi Layihəsi keçiriləcək FOTOLAR

“Zamanla üz-üzə” Beynəlxalq Musiqi Layihəsi keçiriləcək FOTOLAR

Martın 2-də, 4-də və aprelin 13-də, 15-də Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə" Beynəlxalq layihəsinin keçirilməsi planlaşdırılıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, layihənin bədii rəhbəri – əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijorlar Rauf Abdullayev, Fuad İbrahimov və solistlər iştirak edəcəklər.

Qeyd edək ki, layihəni səciyyələndirən önəmli məqam - bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə