Azərbaycan Dövlət Musiqili Teatrında balacalar üçün "Dəcəl çəpişlər" musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 20-də baş tutacaq iki hissəli tamaşanın müəllifləri O.Zülfüqarov və R.Heydərovdur.
Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm" əsərinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərində rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.
Qeyd edək ki, tamaşanın premyerası 2015-ci il mayın 16-da keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB