Əbülfəs Qarayev müşavirə keçirib

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli müvafiq sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın və "Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında" 19 yanvar 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində müşavirə keçirib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, müşavirədə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, rəis müavini Zöhrab Pirimov, şöbə müdirləri Etibar Axundov və Fərid Almazov, "Azərbərpa" ETLİ-nin direktoru Telman Kərimli, "Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi" MMC-nin direktoru Sehran Əliyev və başqaları iştirak ediblər.

Müşavirədə sərəncamların icrası ilə bağlı müzakirələr aparılıb və nazir aidiyyəti üzrə tapşırıqlarını verib.

Qeyd edək ki, sonda nazir Əbülfəs Qarayev daşınmaz tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması, istifadəsi ilə bağlı gənc azərbaycanlı mütəxəssislərin hazırlanması məqsədi ilə İtaliyalı mütəxəssislərlə əməkdaşlıq edilməsi barədə tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə