Elçin Şirinov Parisdə ölkəmizi təmsil edəcək

Elçin Şirinov Parisdə ölkəmizi təmsil edəcək

Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinov Parisdə keçiriləcək XVI Sen-Jermen-de-Pre Caz Festivalında (Festival Jazz à Saint-Germain-des-Prés Paris) çıxış edəcək. SİA-nın festivalın saytına istinadən verdiyi xəbərə görə, mayın 19-dan 31-dək davam edən tədbirdə pianoçu ölkəmizi Azərbaycan-Britaniya-İtaliya caz triosu ilə təmsil edəcək. Qrupun çıxışı mayın 27-də Parisin "Maison des Cultures du Monde" məkanında Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq.

"Elçin Şirinov Trio"ya Andrea Di Biase (bass) və Deyv Hamblett (zərb alətləri) daxildir.

Qeyd edək ki, Elçin Şirinov dəfələrlə Avropa ölkələrində Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Qərb caz sənətinin incə və ritmik çalarları da daxil olmaqla, ahəngdar musiqi sintezindən ibarət möhtəşəm konsert proqramları ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə