“Abdulla Şaiq -135. Ana dilimiz milli sərvətimizdir”

“Abdulla Şaiq -135. Ana dilimiz milli sərvətimizdir”

Abdulla Şaiqin mənzil muzeyində "Abdulla Şaiq -135. Ana dilimiz milli sərvətimizdir" adlı tədbir baş tutacaq. Muzeydən SİA-ya verilən məlumata görə, fevralın 18-də keçiriləcək tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunacaq, çıxışlar ediləcək.

Tədbirin bədii hissəsində "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyinin üzvləri və Abdulla Şaiq adına 54 nömrəli məktəbin şagirdləri tərəfindən şeir və mahnı kompozisiyası səslənəcək. Daha sonra balacaların ədibin "Tülkü həccə gedir" və "Yaxşı arxa" mənzum nağılları əsasında hazırladıqları tamaşalar nümayiş olunacaq.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Abdulla Şaiq yaradıcılığını tanıtmaq, ədibin də uzun illər təbliğ etdiyi ana dilimizi yetişməkdə olan gənc nəslə aşılamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə