Azərbaycan Konqreslər Bürosu ilk təlimini təşkil edib FOTOLAR

Azərbaycan Konqreslər Bürosu ilk təlimini təşkil edib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2016-cı ildə də öz tərəfdaşları üçün təlimlər təşkil etməkdə davam edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, əsas məqsədi ölkəyə beynəlxalq sərmayələri cəlb etməklə Azərbaycanı dünyada əvəzolunmaz görüşlər məkanına çevirmək olan Azərbaycan Konqreslər Bürosu bu il üçün nəzərdə tutulan təlimlərdən ilkini təşkil edib.

Büronun icraçı direktoru cənab Florian Sengstschmidin başçılığı ilə keçirilən təlimdə büro üzvlüyündə olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq peşəkar nümayəndəsi iştirak edib.

Əsas mövzusu Müvəffəqiyyətli Biznes Təklifin Hazırlanması olan təlimdə biznes təkliflərin əhəmiyyəti, təkliflərin planlaşdırılması müzakirə olunub və eyni zamanda uğurlu biznes təklifləri hazırlanmasında yaxşı təcrübələr nəzərdən keçirilib.

Qeyd edək ki, təlim zamanı iştirakçılarla birgə interaktiv ünsiyyət qurulub və bütün vacib məqamlara təcrübədə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə