“Baddi ayısı” adlı müsabiqənin mükafatlandırılması olacaq

“Baddi ayısı” adlı müsabiqənin mükafatlandırılması olacaq

"Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində "Baddi ayısı" adlı müsabiqənin mükafatlandırma mərasimi və dizayn işlərdən ibarət sərgi açılacaq. SİA-nın verdiyi xəbərə görə, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əsərləri təqdim olunacaq. Sərgi fevralın 14-dək açıq olacaq.

"Baddi ayısı" Berlinin simvoludur və hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş olunur. Heykəl Bakıda da qurulacaq. Heykəli rəngləyəcək rəssam münsiflər heyəti tərəfindən seçilib və rənglənmiş heykəl "İSR Plaza" mehmanxanası yaxınlığında yerləşdiriləcək.

Müsabiqə Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Rəssamlıq Akademiyasının birgə layihəsidir.

Qeyd edək ki, ötən ilin noyabrında açıq elan edilən müsabiqə üçün ümumilikdə 35 dizayn işi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə