Turizm şirkətləri və hotel nümayəndələrinin görüşü keçirilib FOTOLAR
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və hotel nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanda gəlmə (incoming) turizmin inkişaf etdirilməsi, xarici, xüsusilə də rusiyalı turistlərin ölkəyə cəlb olunması istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub.
Görüşdə çıxış edən AZTA-nın sədri Nahid Bağırov bildirib ki, bu gün ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda turizm şirkətləri və hotellər bu işdə qarşılıqlı fəaliyyət göstərməlidirlər.
AZTA-nın Gəlmə Turizm Komitəsinin rəhbəri Murad Kərəmov bu sahədə mövcud problemlər, onların həlli ilə bağlı birgə fəaliyyətin, ölkəyə xarici turistlərin cəlb olunmasında yeni turizm məhsullarının yaradılmasının vacibliyindən danışıb.
Tədbirdə əvvəlcə Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi və bu ölkədən turistlərin cəlb olunması üçün hazırlanan layihə təqdim olunub.
Məlumat verilib ki, "təminatlı tur" adlanan turpaketlərdə yerli turizm şirkətləri hotellərdə Rusiyadan ən çox turistin gələcəyi mümkün tarixləri rezervasiya etmədən birbaşa alacaqlar. Bununla gələcəkdə baş verəcək qiymət fərqinin aradan qaldırılması mümkün olacaq. O zaman hər hansı bir səbəbdən qrupun əksəriyyəti gəlməsə də, tur reallaşacaq, yaxud tur ləğv olunsa belə, hotellərə sifariş edilən yerlər üzrə ödəniş həyata keçiriləcək. Turizm şirkətləri bununla müəyyən qədər risk etmiş olacaqlar, amma ümid edirlər ki, risk özünü doğruldacaq.
Qeyd edək ki, bu turpaketlərə əlavələrin olunması, həmçinin, digər turizm şirkətlərinin və hotellərin də vahid qiymət siyasəti yeritməklə cəlb edilməsi ilə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB