Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti olub FOTOLAR
"Gəncliyin səsi" festivalı çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Xoreoqrafiya Akademiyası (BXA) tələbələrinin konserti keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir 2 fevral - Gənclər Gününə həsr olunub.
Konsertdən əvvəl BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova bu ali təhsil müəssisənin yaradılmasından və fəaliyyətindən danışıb, festival barədə məlumat verib. Bildirilib ki, bu tədbir üç gün davam edən festivalın yekun konsertidir.
Əvvəlcə gənc rəqqaslar "Azərbaycan süitası" adlı kompozisiya ilə çıxış ediblər. Daha sonra tələbələr Azərbaycan və dünya xalqlarının rəqslərini, P.Çaykovskinin "Yatmış gözəl", "Şelkunçik" baletlərindən variasiyalar, İ.Minkusun "Don Kixot" baletindən və digər əsərlərdən parçalar ifa ediblər.
Qeyd edək ki, konsertin bədii rəhbəri Xalq Artisti Gülağası Mirzəyev, quruluşçu baletmeysteri Xalq Artisti Yusif Qasımovdur.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB