Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri Mərkəzin direktoru Asif Usubəliyev açıb. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan gənc əməkdaşlar öz təşəbbüskarlığı və yaradıcılığı ilə seçilmələdirlər: "Gənclər günü 1997-ci il Prezident Heydər Əliyevin sərəncamı ilə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edilib. Azərbaycandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də gənclər günü təsis edildi və qeyd olunmağa başladı. 1999-cu ildə isə BMT-nin qərarı ilə 12 avqust gənclər günü elan edilib".
Müəssisənin direktoru Asif Usubəliyev mərkəzin gənc əməkdaşlarını təbrik edərək qeyd edib ki, bu tədbir onlar üçün xüsusi önəm daşımalıdır. Ona görə ki, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" mədəniyyət və turizm nazirliyin təşəbbüsü ilə məhz Elmi-Metodiki Mərkəzdə yaradılıb. Bu isə gənc əməkdaşlarımız üçün böyük imkanlar yaradır, çünki təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və sahənin gələcəyidir.
Tədbirdə Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev, Mərkəzin gənc əmakdaşları Cəlal Həziyev, Aytən Muradova və Aynur Həsənova çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB