Xalq artistindən yeni xəbər var: “Atam sol əlindən və ayağından istifadə edə bilmir”
Uzun zamandır insult xəstəliyindən əziyyət çəkən görkəmli aktyor, xalq artisti Ramiz Əzizbəylidən yeni xəbər var.
SİA-ya bu haqda açıqlama verən qızı aktyorun vəziyyətinin stabil olduğunu deyib: "Hazırda yaxşıdır. Ev şəraitində müalicəsini davam etdirir. Qəbul etdiyi dərmanlar danışığının bərpa olunmasına kömək edir. Amma yaddaşı tam geri qayıtmayıb. Danışığında qüsurlar olduğu üçün fikrini təmiz ifadə etməkdə çətinlik çəkir. Ümumi sağlığı yaxşılaşıb, amma sol əlindən və ayağından istifadə edə bilmir. Dostları sağ olsun, tez-tez atamı ziyarətə gəlirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB