“Nabat” mükafata layiq görülüb

"Nabat" bədii filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görülüb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, rejissor Elçin Musaoğlunun lentə aldığı ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilovun canlandırdığı ekran əsərinin nümayişində və təltifetmə mərasimində yaradıcı heyətin üzvləri iştirak edib.

Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, "Nabat" filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə