Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəfat edib

Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəfat edib

Daşkəsən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məmmədov Hacı Cilo oğlu avtomobil qəzası nəticəsində vəfat edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, H.Məmmədov 1953-cü il avqustun 2-də Gəncə şəhərində anadan olub. O, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif vaxtlarda pedaqoji fəaliyyətlə məşğul olan H.Məmmədov, "Azərkinovideo" İstehsalat Birliyi Daşkəsən rayon kinovideo idarəsində və Gəncə rayonlararası kinovideo filmlərin kirayəvermə idarəsində direktor vəzifələrində çalışıb. Hacı Məmmədov 2011-ci ildən etibarən, Daşkəsən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləyib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə