"Səttar Bəhlulzadənin karikaturaları ("Kommunist" qəzetinin materialları əsasında)" adlı kataloq nəşr olunub. Rəssamın ev-muzeyindən SİA-ya verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır. Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən hazırlanmış kataloqda rəssamın çəkdiyi 50-ə yaxın karikatura çap olunub, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş Azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilib.
Qeyd edək ki, bu yaxınlarda kataloqun təqdimatı gerçəkləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB