Opera ifaçıları eyni səhnədə FOTOLAR

Opera ifaçıları eyni səhnədə FOTOLAR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin "Boqema" operası nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, hər zaman olduğu kimi, bu dəfə də solistlərin ifasında səslənən ariya və duetlər, habelə xor və orkestrin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşada Mimi partiyasını Ukraynanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Olqa Naqornaya, Marsel partiyasını isə Belarus Akademik Böyük Opera və Balet teatrının solisti, Belarusun Əməkdar Artisti Vladimir Qromov canlandırıblar.

Səhnə əsərində, həmçinin teatrın istedadlı vokalçıları xalq artisti Əli Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev və Əkrəm Poladov rol alıblar.

Səhnə əsərini xalq artisti, professor Cavanşir Cəfərov idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə