Türk kino tarixinin unudulmaz sənətkarı Şefik Döğen 69 yaşında dünyasını dəyişib. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şəkər xəstəliyindən əziyyət çəkən aktyor bu gün vəfat edib. Aktyorun cənazəsi bu gün günorta namazından sonra Levent məscidindən götürüləcək və Zincirkuyu məzarlığında dəfn olunacaq.
Qeyd edək ki, 1947-ci ildə Ayancıkda dünyaya gələn Şefik Döğen "Hayat Sevince Güzel", "Hayat Bayram Olsa", "Yuvasız Kuşlar" kimi sevilən filmlərində rol alıb.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB