Zəlimxan Yaqubla vida mərasimi başlayıb

Zəlimxan Yaqubla vida mərasimi başlayıb

Bakıdakı "Təzəpir" məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başlayıb. SİA-nın xəbərinə görə, vida mərasimində Azərbaycanın tanınmış şair və yazıçıları, elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.

Şair I Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə