Dövlət Pantomima Teatrı Yeni il qabağı teatrsevərlərə maraqlı tamaşa təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, ekabrın 27-də nümayiş olunacaq "Dejavü" adlı tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar Artist Elman Rəfiyevdir.
Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB