Uğurlu karyera hər bir gəncin arzusudur. Uğur qazanmaq üçün isə biraz istedad və ondan daha çox zəhmət tələb olunur. Tanış olun, çalışqan və istedadlı gənclərdən biri Tural Məmmdəli... 26 yaşlı bu gəncin adı, musiqi beşiyində- Avstriyanın paytaxtı Vyanada keçirilən klassik əsərlərdən ibarət konsertdə Şestakoviç, Çaykovski, Fikrət Əmirov kimi dahi bəstəkarların adları ilə yanaşı çəkilir. Bakı Musiqi Akademiyasında 11 il fortepiano sinfində təhsil alan Tural, hazırda Milli Konservatoriyada bəstəkarlıq ixtisası üzrə magistr pilləsində təhsil alır. Bu vaxta qədər bir çox müsabiqələrdə və verlişlərdə çıxış edən gənc bəstəkar, artıq beynəlxalq arenada da uğur qazanıb.
Gənc bəstəkarın uğuru bununla yekunlaşmır. Amerika Birləşmiş Ştatlarının Texas ştatında yayımlanan televiziya verlişlərindən birinə musiqi sifarişi alan gənc, yazdığı əsərlərdə daha çox klassik janra üstünlük verir. Bu kadrlar bir müddət öncə Vyanada keçirilən konsertdəndir. Gənc dirijor Mustafa Mehmandarov, Tural Məmmədlinin simli orkestr və fortepiano üçün yazdığı "qarışıq səslərin ahəngi" əsərini ifa edir.
Azərbaycanın adını beynəlxalq musiqi arenasında layiqincə təmsil edən Tural Məmmədli, hazırda əcnəbi həmkarlarından istər təhsil, istərsə də iş fəaliyyəti ilə bağlı təkliflər alır. Bu təkliflər arasında həmçinin iki himn üçün dövlət sifarişi də var. Hazırda gənc və istedadlı bəstəkarın qarşısında iki seçim var, ya Azərbaycanda qalıb bu sənəti daha da inkişaf etdirmək, ya xarici ölkələrdə Azərbaycanı təmsil edərək, daha böyük uğurlara imza atmaq. Necə olsada bu onun öz seçimidir, hər halda hər ikisi bizim xeyrimizədir, Azərbaycanın adına...




USD
EUR
GBP
RUB