“Öz: uçan meymunların basqını”

Hər zaman yeniliklərə açıq olan Nizami Kino Mərkəzi MEGOGO onlayn –kinoteatrı ilə birgə Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3№-li İnternat Evinin danışma və eşitmə qüsuru olan sakinlərinə surdotərcümə ilə "Öz: uçan meymunların basqını"animasiya filmini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, böyük maraqla filmi izləyən səksəndən artıq uşaq nümayişdən sonra Nizami Kino Mərkəzi tərəfindən kinomərkəzin "Nizami Restaurant & Lounge" restoranında nahara dəvət olunub.

Balaca qonaqlar adından internatın müəllimləri uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürlərini bildiriblər.

Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirhaq təşəbbüsdə MEGOGO onlayn-kinoteatra daima dəstəyə hazır olduğunu qeyd edib və qarşılıqlı olaraq MEGOGO –onlayn –kinoteatrın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov Nizami Kino Mərkəzi ilə əməkdaşlığın davamlı olacağını arzu edib.

Fərid Xəlilov nəqliyyati dəstəyə görə "Atilla Trans Services A" LLC –nə də təşəkkürünü bildirib.

Qeyd edək ki, ilk leqal videoplatforma olan MEGOGO – onlayn –kinoteatrı "Bax necə eşidirsən" layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları "Bax necə eşidirsən" layihəsi daxilində respublikanın bölgələrində də bu aksiyanın keçirilməsini planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə