Milli Kitabxanada sertifikatlar verilib

Milli Kitabxanada sertifikatlar verilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının treninq mərkəzində keçirilən "Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkminləşdirilməsi" proqramı çərçivəsində "ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" mövzusunda təşkil edilən sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub. Milli Kitabxanadan SİA-ya verilən xəbərə görə, tədbirdə Milli Kitabxana və Ultra şirkətinin mütəxəssisləri ilə yanaşı, Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri də iştirak ediblər.

Qeyd edək ki, treninq çərçivəsində Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olan müdavimlərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə