“Azərbaycançılıq və milli şüur ideyası”

“Azərbaycançılıq və milli şüur ideyası”

Xətai Sənət Mərkəzində "Azərbaycançılıq və milli şüur ideyası" mövzusunda sərgi-müsabiqə keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Dövlət Rəsm Qalereyasının dəstəyi ilə baş tutan tədbir Dövlət Bayrağı gününə həsr olunub.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb: "Mütəmadi olaraq nazirlik tərəfindən həyata keçirilən belə tədbirlərin böyüməkdə olan gənc nəslin incəsənətə marağının artırılmasına və bu istiqamətdə yaranacaq inkişafa xidmət edir. Müsabiqəyə respublikanın 32 rayon və şəhərində fəaliyyət göstərən mədəniyyət evi dərnəklərinin 163 üzvü 217 rəsm əsəri ilə qatılıb".

Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov müsabiqəyə təqdim olunan sənət əsərlərinin vətənpərvərlik mövzusunda olmasını yüksək qiymətləndirib və rəsm əsərlərinin mövzusu portretlərdə yaradılan əlvan və rəngarəng ekspozisiyalarla vəhdət təşkil etdiyini söyləyib.

Qeyd edək ki, müsabiqədə yer tutmuş qaliblər bir sıra fəxri fərman və həvəsləndirici diplomlarla mükafatlandırılıb və sonda qonaqlar sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə