Roma şəhərində Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) Baş Assambleyasının 29-cu sessiyası keçirilir. Assambleyada ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qasım Şirinli təmsil edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 130-dan artıq dövlətin nümayəndə heyəti və 28 beynəlxalq institutun müşahidəçi qismində iştirak etdiyi tədbir Birləşmiş Millətlər Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mənzil qərargahında keçirilir.
Tədbirin təntənəli açılışında Baş Assambleyanın müvəqqəti prezidenti Anna Skobel, Birləşmiş Millətlər Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Daniel Qustafson, İtaliya Prezidentinin mədəni irsin qorunması üzrə naziri Dario Francesçini və İCCROM-un baş direktoru Stefano de Karo çıxış ediblər.
Daha sonra Baş Assambleyaya yeni qəbul edilmiş Rusiya Federasiyasının və təşkilatın hər iki ildə bir verilən "ICCROM Award" mükafatının təqdimatı baş tutub.
Baş Assambleya çərçivəsində geniş müzakirəyə çıxarılan mövzulardan biri də qlobal iqlim dəyişikliyi və onun dünyada qorunan mədəni irs obyektlərinə təsirləri barədə olub.
Sessiya çərçivəsində aparılan müzakirələri http://www.iccrom.org/watch-the-iccrom-general-assembly-via-live-streaming/ linki vasitəsilə canlı rejimdə izləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB