“Azərbaycançılıq və milli şüur ideyası” adlı sərgi-müsabiqə keçiriləcək
20 noyabr 2015-ci il tarixində, saat 1100-da Bakı Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı və Dövlət Rəsm Qalareyasının dəstəyi ilə regionlarda mədəniyyət evi dərnək üzvlərinin əl işlərindən ibarət "Azərbaycançılıq və milli şüur ideyası" adı altında Respublika Bayraq Gününə həsr olunmuş sərgi-müsabiqə keçirilir. SİA-ya Mərkəzdən verilən məlumata görə, müsabiqəyə respublikanın 32 rayon və şəhərində fəaliyyət göstərən mədəniyyət evi dərnəklərinin 163 üzvü 217 əsərlə qatılmışdır.
Sərgi-müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün aşağıdakı tərkibdə münsiflər heyəti yaradılmışdır: Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov - sədr, üzvlər: Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin əməkdaşı Leyla Mehdiyeva.
Qaliblər fəxri fərman və həvəsləndirici diplomlarla, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
İştirak etmək arzusunda olanları sərgi-müsabiqəyə dəvət edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB