100-cü tamaşa FOTOLAR

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı M.F. Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyasını 100-cü dəfə nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşanın ilk premyerası 28.11.2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb oynanılıb.

M.F.Axundzadənin ölməz komediyalarından olan "Hekayəti xırs quldurbasan" tamaşasının quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.

Səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Nübar Novruzova, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elşən Hacıbabayev, Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə