“İstehlakçı hüquqları müdafiəsi prioritet vəzifəmizdir”

“İstehlakçı hüquqları müdafiəsi prioritet vəzifəmizdir”

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində Xidmət mühəndisliyi fakültəsi tələbələrinin iştirakı ilə seminar keçirilib. SİA-nın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşlarının "İstehlakçı hüquqları müdafiəsi prioritet vəzifəmizdir" mövzusuna həsr etdikləri seminarı ATMU-nun Xidmət mühəndisliyi fakültəsinin dekan müavini Anar Fərmayılov giriş sözü ilə açıb.

Həmçinin, tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev və həmin qurumun sektor müdiri Yusif Hüseynov iştirak edib və qeyd olunan mövzu üzrə geniş nitq söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə