Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib
Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib. 5-ci qrupda mübarizə aparan Azərbaycan millisi bu gün ilk matçına çıxıb.
Bakıda keçiriləcək seçmə mərhələnin ilk oyununda yığmamız Ukrayna ilə qarşılaşıb. "Bayıl Arena"da keçirilən matçda millimiz 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, qrupun digər oyununda Türkiyə millisi Bosniya və Hersoqovinaya məğlub olub - 1:2.
Avropa çempionatının seçmə mərhələsi
18:00. Azərbaycan - Ukrayna - 0:4
Qollar: Dmitro Şevçenko, 46 (0:1), Sşebetun, 62 (0:2), Mixalonok-pen, 87 (0:3), Şved, 90+4 (0:4)
Hakimlər: Tore Hansen, Oystayn Ytterand, Nime Nimleyd
"Bayıl Arena".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB